08:50 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9126
Atatürk hava limanı

Atatürk hava limanı tarixə qovuşur

© REUTERS / Murad Sezer
DÜNYA
Qısa URL
51 0 0

Hava limanı daxilində yer alan ərazi park olaraq xidmətə veriləcək, terminal binaları isə konqres və sərgi mərkəzinə çevriləcək

BAKI, 6 aprel — Sputnik. İndiyə kimi Türkiyənin ən böyük hava limanı olan Atatürk hava limanı bu gündən uçuşalar üçün bağlanacaq.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hava limanında kargo uçuşları hələ bir müddət də davam etdiriləcək. Məlumata görə, hava limanı daxilində yer alan ərazi park olaraq xidmətə veriləcək. Terminal binaları isə konqres və sərgi mərkəzinə çevriləcək.

Xatırladaq ki, hava limanı 1912-ci ildə hərbi məqsədlə Yeşilköydə fəaliyyətə başlayıb. İlk uçuş 1933-cü ildə İstanbul-Ankara arasında olub və "Yeşil Hava Meydanı" adlandırılıb.

Qeyd edək ki, hava limanında son uçuş bu gün saat 02.00-də türk Hava Yollarının İstanbul-Sinqapur reysi olub.

Əsas mövzular