QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni iqtidarının aprel tezisləri: kimə inanmalı - Paşinyana, yoxsa Tonoyana

© © Пресс-служба МО АрменииПремьер-министр Армении Никола Пашинян и министр обороны Армении Давид Тоноян
Премьер-министр Армении Никола Пашинян и министр обороны Армении Давид Тоноян - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan hakimiyyəti "yeni müharibə" bəyanatları verməklə öz xalqının diqqətini uğursuz Vyana görüşündən və üç il əvvəl olan hərbi əməliyyatlardakı iflasdan yayındırmağa çalışır.

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 5 aprel — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ən azı bir sıra kiçik tənzimləmələrin əldə olunması məqsədilə Vyanada keçirdiyi görüş başa çatar-çatmaz erməni cəmiyyətində hay-küy başlayıb.

Мевлют Чавушоглу, министр иностранных дел Турции - Sputnik Azərbaycan
Türkiyə XİN başçısı Dağlıq Qarabağ münaqişəsini NATO üçün təhlükə adlandırıb

Erməni cəmiyyətində ajiotaj

Əvvəlcə Ermənistanın müdafiə naziri David Tonoyan Nyu Yorkda erməni icması ilə keçirdiyi görüşdə deyib: "Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, "ərazi qarşılığında sülh" formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni "yeni ərazilər üçün yeni müharibə". Heç bir ərazi güzəşti olmayacaq. Bundan sonra Ermənistan hücum bölmələrinin sayını artıracaq. Biz bu "xəndək vəziyyətindən" - daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz, hərbi əməliyyatları düşmənin ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracağıq".

Bunun ardınca, Ermənistanın Respublika Partiyasının sədr müavini, eks-prezident Serj Sarqsyanın tərəfdarı Armen Aşotyan bəyan edib ki, "diplomatiyada dəqiqlik nümayiş etdirmək və düşmənə düşmən olduğunu başa salmaq lazımdır, düşmən əgər erməni tərəfi müharibəyə təhrik edilsə, yeni itkilər verəcəyini bilməlidir".

"Bu zaman "İsgəndər"dən istifadə istisna deyil. Müharibə nəticəsində yeni ərazilər "azad edilə" (işğal edilə - red.) bilər" - deyə Aşotyan bildirib.

Burada Paşinyanın reaksiyasını da xatırlatmaq yerinə düşər. O, Tonoyanın fikirlərini şərh edərkən deyib ki, "nazirin bəyanatı heç bir halda sülhyaratma prosesinə gölgə salmır".

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay - Sputnik Azərbaycan
QARABAĞ
NATO nümayəndəsi Dağlıq Qarabağla bağlı bəyanat verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi artıq baş verənlərə öz reaksiyasını verib. Bəyan edib ki, Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin "yeni ərazilər tutmaq üçün yeni müharibə" formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir.

"Hesab edirik ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir. Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk qrupunu həmsədrlərin fəaliyyətini ciddi sual altına qoyur. Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir" – XİN-dən bildirilib.

Erməni cəmiyyətində həqiqətən də təəccüblü heç nə baş vermir. Bir tərəfdən Paşinyan bəyan edir ki, onun qarabağlıların adından danışmaq hüququ yoxdur, çünki onu onlar seçməyiblər. Digər tərəfdən isə onun yalnız Ermənistan ordusunun adından danışmaq səlahiyyəti olan naziri "yeni ərazilər tutmaq üçün yeni müharibə" barədə bəyanat verir.

Onda belə çıxır ki, Paşinyanın dediyi kimi, onlar Qarabağın adından danışmaq istəmirlər, lakin Tonoyanın dediyi kimi, vuruşmaq istəyirlər.

Ermənistan nəhayət ki, özünü münaqişə tərəfi kimi qəbul edir? Əgər belədirsə, bu o deməkdir ki, məhz Ermənistan Azərbaycana ərazi iddiası irəli sürür. Bunu isə erməni tərəfi hər zaman inkar etməyə çalışır.

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsini ziyarət edən zaman əbəs yerə xatırlatmamaşdı ki, "aprel döyüşləri bütün dünyaya Azərbaycan ordusunun ən yüksək keyfiyyətlərə malik olduğunu və istənilən vaxt istənilən tapşırığı yerinə yetirməyə qadir olduğunu göstərdi. Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi".

Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Parisdə keçirilmiş görüş - Sputnik Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması artıq reallıq olur

Erməni baş nazirin qeyri-ciddiliyi

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sputnik Azərbaycan Ermənistanda Qarabağ ətrafında yaranmış ajiotajı şərh etmək xahişi ilə azərbaycanlı ekspertlərə müraciət edib.

Hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, son zamanlar erməni tərəfində nəsə qəribə şeylər baş verir. Paşinyan Vyana görüşləri zamanı Ermənistan tərəfini sülh tərəfdarı adlandırır, Tonoyan isə ABŞ-da ölkəsinin hansısa "yeni əraziləri işğal etmək" arzusunu ifadə edir. Bütün bunlara baxmayaraq, Paşinyan Tonoyanın dediklərinə şərh verir ki, "Tonoyan fərqli bir şey söyləsə, mən onu müdafiə naziri vəzifəsindən azad edərdim".

Cəfərovun sözlərinə görə, belə çıxır ki, Paşinyan Azərbaycan prezidentinə və Rusiya liderinə bir söz deyir, əməldə isə tamam başqa cür rəftar edir.

"Belə olan təqdirdə Azərbaycan tərəfi çox istəyir ki, Ermənistan hər hansı fatal səhvə yol versin" - deyə hərbi ekspert bildirib.

Aşotyanın dediklərinə gəlincə, Cəfərov hesab edir ki, Azərbaycan liderinin dediklərindən sonra, Sarqsyanın tərəfdarı nə isə deməli idi. Amma deməyə ağıllı bir söz tapmayıb. Onun "İsgəndər" haqqında dedikləri isə boş söz yığınından başqa bir şey deyil.

Президент РФ Владимир Путин во время телефонного разговора - Sputnik Azərbaycan
Paşinyan Putinə zəng etdi, Əliyevlə görüşdən danışdı

Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, ya erməni tərəfi odla oynadığını başa düşmür, ya da daxili auditoriyanın başını qatmaq xatirinə savadsız və məsuliyyətsiz bəyanatlar səsləndirir.

"Lakin bu bəyanatlar onlar üçün Naxçıvandan İrəvana qədər böyük faciəyə səbəb ola bilər" - deyə ekspert əlavə edib.

Cəfərovun fikrincə, yeri gəlmişkən, Ermənistanın özündə olduğu kimi, onun hüdudlarından kənarda da Paşinyan və onun bəyanatları artıq şübhə doğurur. Bir müddət bundan əvvəl Ermənistanın baş nazirinin Qərbə və NATO-ya reveranslar etməyə başlamasına rəğmən, Moskva ilə açıq konfrantasiyaya getməməsi də həmin şübhələrə rəvac verib. Paşinyan hələ də anlamır ki, Qərb ona bir o qədər də etibar eləmir. Çünki Ermənistanla Rusiyanın sıx dostluq münasibətləri hamıya yaxşı məlumdur.

"Bütün bunlarla əlaqədar olaraq Qərbdə onu heç cür dəstəkləmədilər və ona heç bir əhəmiyyətli maddi dəstək vermədilər. Paşinyan nəhayət başa düşdü ki, Rusiyadan başqa ona kimsə kömək etməyəcək" - hərbi ekspert əlavə edib.

Onun sözlərinə görə, bütün bunlar erməni baş nazirin qeyri-ciddiliyini nümayiş etdirir. Əgər o, bu ruhda davam eləsə, bu il onun hökumətinin sonuncu ili olacaq. Paşinyan tez-tez onun özü və ölkəsi üçün ciddi nəticələr doğuracaq siyasi və iqtisadi səhvlər buraxır.

Vyanada Azərbaycan Prezidenti Ermənistanın baş naziri ilə görüşüb - Sputnik Azərbaycan
Əliyev və Paşinyan 1,5 saatdan çox təkbətək görüş keçirib

Ermənistan hakimiyyəti erməni xalqının diqqətini öz iflasından yayındırır

Qafqaz tarixi Mərkəzinin direktoru, AMEA-nın Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi əməkdaşı Rizvan Hüseynov da öz növbəsində deyib ki, erməni cəmiyyətindəki ajiotajın iki səbəbi var. Birincisi - Vyanadakı danışıqlardır, hansı ki, açıq-aydın Paşinyanın xeyrinə qurtarmayıb.

"Paşinyanın danışıqlara üçüncü tərəfi - Qarabağı - qoşmaq barədə bütün bəyanatları rədd edilib. Onun danışıqların formatını və strukturunu dəyişməklə bağlı təklifləri ATƏT-in Minsk qrupu tərəfindən dəstəklənməyib və Azərbaycan tərəfindən tamamilə rədd edilib" - deyən ekspertin fikrincə, bu, rəsmi Ermənistan hökumətinin birbaşa iflasını göstərir.

Ermənistan tərəfinin belə informasiya hay-küyü salmasının ikinci səbəbi isə bu hadisənin 2016-cı ilin aprel hadisələrinin ildönümü ilə üst-üstə düşməsidir. Hüseynovun sözlərinə görə, bu hadisələrin yekunu erməni tərəfi üçün yumşaq desək, ağrılı olub və demək olar ki, Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxarıb.

Bu iki faktor erməni siyasi texnoloqlarının "yeni müharibə" ilə bağlı hay-küy salmasına səbəb olub. Onlar bununla öz xalqının diqqətini uğursuz Vyana görüşündən və üç il əvvəlki hərbi əməliyyatlardakı iflasdan yayındırmağa çalışırlar.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan
MN: Tonoyanın hücumdan anlayışı yoxdur

Ekspertin fikrincə, bütün bu hay-küy Ermənistanın daxili auditoriyası üçün hesablanıb və Azərbaycan tərəfindən ciddi qəbul edilməməlidir. Hazırda Ermənistanda bu barədə danışanların yarısı ümumiyyətlə hərbi işdən baş çıxarmayan adamlardır.

Ermənistanın Müdafiə Nazirliyinin nümayəndələrinin dediklərinə gəlincə, Hüseynov hesab edir ki, onlar aprel döyüşlərindəki iflasa görə məsuliyyət daşıyırlar. Ona görə də, indi onların hansısa hərbi bəyanatlar səsləndirməsi ikiqat gülüncdür.

"Erməni tərəfinin bu cür bəyanatları iki ölkədən - Azərbaycan və Ermənistandan - hansının məhz müharibə istədiyini dəqiq nümayiş etdirir" - AMEA-nın əməkdaşı əlavə edib.

Sputnik Azərbaycan-ın həmsöhbəti onu da əlavə edib ki, Vyanada keçirilən sülh danışıqlarından sonra Qarabağ münaqişəsi ətrafında vəziyyət gərginləşməyə başlayıb. Azərbaycan hələ də sülh çağırışları etməyə davam edir.

Xəbər lenti
0