Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yerevanda hərbi hissə komandirinə silahlı hücum oldu

© Sputnik / Andranik GhazaryanАвтомобиль дорожной полиции Армении
Автомобиль дорожной полиции Армении - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbçi ayaq və qarın nahiyələrindən yaralanıb

BAKI, 5 aprel — Sputnik. Ermənistan paytaxtı Yerevanda hərbi hissələrdən birinin komandirinə qarşı silahlı hücum olub. Sputnik Ermənistan xəbər verir ki, komandir evdən çıxarkən liftin qarşısında ona atəş açılıb.

Daha sonra məlum olub ki, Coni Samsonyana əvvəllər onunla bir yerdə işləmiş 57 yaşlı şəxs atəş açıb. Cinayətkar bir müddət əvvəl işdən çıxarılıb. Məhz bu amilin hadisənin baş vermə səbəbi ola biləcəyi düşünülür.

Samsonyan ayaq və qarın nahiyələrindən yaralanıb, lakin o, atəş açan şəxsi zərərsizləşdirə və polislər gələnə qədər saxlaya bilib.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti
0