11:26 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
 MHP, müxalifət Milliyyətçi Hərəkət Partiyasının lideri Dövlət Bahçeli və hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

AKP və MHP-dən həmlə: Seçkilərin qaydalarını dəyişirlər

© Presidential Press Service via AP, Pool
DÜNYA
Qısa URL
17910

Hakim partiya İstanbul, Ankara, İzmir, Antalya, Adana kimi böyük şəhərlərdə bələdiyyə sədrliyini qazana bilmədi

BAKI, 4 aprel — Sputnik. Millətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Devlet Bahçeli "yeni bələdiyyə seçkiləri" təklif edib. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, artıq Ədalət və İnkişaf Partiyası (AKP) və MHP partiyaları daha əvvəl müzakirə olunan bu qanun layihəsi haqqında işlərə başlayıb.

MHP partiyasının sədri Devlet Bahçeli seçki qaydalarına dəyişikliklərin edilməsini təklif edib: "Böyükşəhər Bələdiyyələrini seçək. O, da üzərinə düşən səlahiyyətlərə əsaslanaraq rayon bələdiyyə sədrlərini seçsin".

Artıq hər iki partiya bu qanun layihəsinin qəbul olunması istiqamətində işlərə başlayıb. Qanun layihəsinin 2023-cü ildə keçirilən bələdiyyə seçkilərində tətbiq olunması gözlənilir.

Xatırladaq ki, martın 31-i Türkiyədə bələdiyyə seçkiləri keçirilib.

Ümumi olaraq, seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və Millətçi Hərəkat Partiyası (MHP) formalaşdırdığı Cumhur İttifaqı 51,62% səs (AKP - 44,32%, MHP – 7,31%), toplayaraq əsas rəqibi Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiyasının formalaşdırdığı Millət İttifaqından (37,56% – CHP – 30,11%, İYİ – 7,45%) üstün olub. Lakin əldə olunan bu üstünlüyə baxmayaraq, hakim partiya İstanbul, Ankara, İzmir, Antalya, Adana kimi böyük şəhərlərdə bələdiyyə sədrliyini qazana bilmədi.

Qeyd edək ki, AKP 90-cı illərin ortalarından mütəmadi olaraq Ankara və İstanbul kimi böyük şəhərlərə nəzarət edir və bu şəhərləri itirmək onun üçün əsl sürpriz oldu. Əgər seçkilərə qədər hakim partiya Türkiyədə olan 81 bələdiyyədən 49-una nəzarət edirdisə, son seçkilərdə partiya cəmi 41 bələdiyyə üzrə qalib gəlib.

Əsas mövzular