Ukraynada 70 minlik debat - Zelenski və Poroşenko stadionda görüşəcək

© REUTERS / VASILY FEDOSENKOUkrayna bayrağı
Ukrayna bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Hər bir namizəd tibbi ekspertizadan keçməli və xalqa "içki aludəçisi və narkoman olmadığını” sübut etməlidir

BAKI, 4 aprel — Sputnik. Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko ölkədə keçirilən prezident seçkilərinin birinci turunda liderlik edən Vladimir Zelenski ilə debatlarda iştirak etməyə razılıq verib. Sputnik Azərbaycan xəbər verir ki, müvafiq video müraciəti Poroşenko öz rəsmi "Twitter" səhifəsində yerləşdirib. 

Zaur Məmmədov - Sputnik Azərbaycan
Politoloq: “Ukrayna seçkiləri regional proseslərin gedişatına təsir edəcək”

O, müraciətində qeyd edib ki, Zelenski ilə Kiyevdə "Olimpiyski" stadionunda keçiriləcək debata qatılacaq.

Lakin Ukrayna prezidenti şərt irəli sürərək qeyd edib ki, debatlarda Ukraynada seçki öncəsi qanunvericiliyinin bütün şərtlərinə riayət olunmalıdır.

Qeyd edək ki, martın 31-i Ukraynada keçirilən prezident seçkilərindən sonra ukraynalılar sosial şəbəkədə xüsusi heşteq (#хочубачитидебати) yaradaraq Zelenski və Poroşenko arasında debatların keçirilməsini tələb edirlər.

Buna ilk olaraq Zelenski reaksiya verərək debatalara razılıq verib və öz şərtlərini irəli sürüb.

Zelesnkinin şərtlərinə görə, debatlar 70 000 azarkeşin toplaşdığı "Olimpiyski" stadionunda keçirilməlidir. Bundan əlavə, hər bir namizəd tibbi ekspertizadan keçməli və xalqa "içki aludəçisi və narkoman olmadığını” sübut etməlidir. Zelenski, həmçinin bütün jurnalistlər və telekanalların əraziyə buraxılmasını tələb edib.

Qeyd edək ki, martın 31-i Ukraynada prezident seçkiləri keçirilib. Seçkilərin birinci turunun nəticələrinə görə liderliyi Vladimir Zelenski edir. O, seçicilərinin 30,24%-nin səsini toplayıb. İkinci pillədə isə hazırkı prezident Pyotr Poroşenko durur. O, Ukrayna vətəndaşlarının 15,95%-inin səsini toplayıb. Üçüncü yerdə isə 13,4% səslə "Batkivşina" partiyasının sədri Yuliya Timoşenko qərarlaşıb.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-i keçiriləcək.

Xəbər lenti
0