Məşhur narkobaron həbsxanada modelyer oldu

© AP Photo / Eduardo VerdugoXoakin Qusman Loera
Xoakin Qusman Loera - Sputnik Azərbaycan
Abunə olmaq
Həbsdə olan narkobaron, El Çapo adı ilə məşhur olan Xoakin Qusman Loera eyni adlı geyim xəttini açıb

BAKI, 1 aprel — Sputnik. Həbsdə olan narkobaron, El Çapo adı ilə məşhur olan Xoakin Qusman Loera eyni adlı geyim xəttini açıb. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, brendin həmtəsisçisi Qusmanın 29 yaşlı arvadı Emma Koronel Aispuro olub. Qadının verdiyi açıqlamaya görə, cütlük yeddi yaşlı əkiz qızlarının şərəfinə biznes açır.

Əlləri qandallanmış şəxs, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Yol polisi saxladı, narkotik və silah tapdı

"Bu layihə mənim çox ürəyimcədir. O, bizim ərimlə birlikdə uzun illər əvvəl üzərində işlədiyimiz ideya və konsepsiya əsasında həyata keçirilir. Layihə qızlarımıza həsr olunub" - Aispuro etiraf edib.

Öz növbəsində JGL (narkobaronun inisialı — red.) LLC kolleksiyasına ayaqqabılar, aksessuarlar və cins geyimlər də daxildir. El Çaponun vəkili Mariel Kolon Mironun sözlərinə görə, yeni brendin məhsullarının satışına 2019-cu ilin yayında start veriləcək.

Xoakin Qusman Loera meksikalı narkobaron, "Sinaloa" narkokartelinin başçısı və Anqar klanının üzvüdür. Dəfələrlə həbsdən qaçıb. 2016-cı ilin yanvarında onu yenidən Meksikada həbs ediblər. Bir il sonra məhbus ABŞ hökumətinə təslim edilib və hazırda Manhettendəki federal həbsxanada yatır. Ona yekun hökm 2019-cu ilin iyununda oxunacaq. Qusmanı vaxtından əvvəl azadlığa çıxmaq hüququ verilmədən ömürlük həbs cəzası gözləyir.

Xəbər lenti
0