QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan Vyana görüşünün detallarını açıqladı

© AFP 2023 / TATYANA ZENKOVICHErmənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Erməni tərəfi danışıqlar formatının dəyişdirilməsi məsələsini qaldırmır

BAKI, 1 aprel — Sputnik. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində yeni vəziyyət yaranıb. Sputnik Ermənistan xəbər verir ki, bunu "Facebook"-da canlı yayım zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Vyanada baş tutan görüşünü şərh edən Ermənistan baş naziri Nikol Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, əgər problemi həll etmək istəyi varsa, onda bu tip görüşləri hər hansı bir tərəfin qələbəsi və ya məğlubiyyəti kimi dəyələrləndirmək lazım deyil: "Liderlər bir neçə saat görüş keçirir, daha sonra bir-biri ilə, tamamilə əks olan şərhlər səslənir. Bu, olduqca qəribədir. Mənim ilkin təəssüratım bundan ibarətdir ki, bizim təklifimizə reaksiya verildi. Həm mən, həm də Azərbaycan Prezidenti görüşü pozitiv dəyərləndirdik".

Вена, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Vyana görüşü də bitdi – Nə sülh, nə də müharibə davam edir

O qeyd edib ki, erməni tərəfi danışıqlar formatının dəyişdirilməsi məsələsini qaldırmır.

Paşinyan deyib ki, danışıqlar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam etdiriləcək: "Vyanada "Qarabağ"ın (Dağlıq Qarabağdakı qondarma rejim nəzərdə tutulur - red.) danışqılar prosesində birbaşa iştirakı məsələsi müzakirə olunub. Tərəflər razılığa gəlməyib, lakin biz bu məsələyə qayıdacağıq".

O bildirib ki, 1998-ci ildən bəri danışıqlar prosesində Dağlıq Qarabağın erməni icması Ermənistan prezidentlərinin simasında qeyri-formal olaraq təmsil olunub: "Onlardan (Robert Koçaryan və Serj Sarqsyan - red.) fərqli olaraq mən "Qarabağ"ı təmsil etmirəm və ona görə də onun adından danışa bilmərəm".

Vyanada görüş zamanı Madrid prinsiplərinin izahı məsələsi də qaldırılıb. Bu mərhələdə erməni tərəfi onu maraqlandıran bütün suallara cavab alıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan martın 29-u Avstriyanın paytaxtı Vyanada ilk dəfə olaraq rəsmi görüş keçirib.

Xəbər lenti
0