Türkiyədə seçkilər: Müxalifət böyük şəhərləri qaytardı

© REUTERS / HUSEYIN ALDEMIRTürkiyədə seçkilər
Türkiyədə seçkilər - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumiyətlə CHP tərəfdarları daha çox dəniz kənarı bölgələrdə səs çoxluğu əldə ediblər. AKP-MHP ittifaqi isə Orta Anadolu və digər iç bölgələrdə zəfər çalıblar.

BAKI, 31 mart — Sputnik. Türkiyə bələdiyyə seçkilərində səslərin 99,01% sayılıb və qalib Ədalət və İnkişaf Partiyası (AKP) elan olunub.

Seçki bülletenləri - Sputnik Azərbaycan
YAZARLAR
Türkiyə taleyini həll etməyə hazırlaşır – Döyüş meydanı böyük şəhərlərdir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP partiyası qərargahının balkonundan öz tərəfdarlarına müraciət edib.

Ərdoğan çıxışında AKP-MHP ittifaqının bələdiyyə seçkilərində qalib gəldiyini bildirib. Lakin Türkiyə liderinin çıxışında özünütənqid ifadələridə yer alıb. Belə ki, o, seçkilərdə AKP uduzduğu yerlərdə təbliğat işinin düzgün aparalmadığını dilə gətirib.

AKP-nin ən böyük məğlubiyyəti paytaxt Ankarada baş tutub. Burada ilkin nəticələrə görə, qələbəni müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi Mansur Yavaş qazanıb.

İstambulda da AKP üzvü, sabiq baş nazir Binəli Yıldrımın qələbəsi sual altındadır: onunla CHP-çi Əkrəm İmamoğlu arasında səs fərqi 0.5% qədərdi və burada sona qədər mübarizə olacağı gözlənilir.

Türkiyənin üçüncü ən böyük şəhəri İzmirdə də qələbəni CHP təmsilçisi Mustafa Tunç Soher qazanıb.

Ümumiyətlə CHP tərəfdarları daha çox dəniz kənarı bölgələrdə səs çoxluğu əldə ediblər. AKP-MHP ittifaqi isə Orta Anadolu və digər iç bölgələrdə zəfər çalıblar.

Seçkinin tam nəticələri bir neçə gündən sonra açıqlanacaq.

Xəbər lenti
0