08:55 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9126
Körpə, arxiv şəkli

Qızı ilə bağlı həqiqəti öyrənən ana nəvəsini dünyaya gətirdi

CC0 / rawpixel.com / baby
DÜNYA
Qısa URL
73 0 0

Qadın surroqat ana olaraq nəvəsini dünyaya gətirdi, qızı isə körpəni onun himayəsində çıxarmağa çalışdı

BAKI, 31 mart — Sputnik. İki övlad anası olan Mayls öz nəvəsi üçün surroqat ana olub.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qızı 16 yaşında ikən analıq bətninin olmadığını, buna görə onun övlad dünyaya gətirə bilməyəcəyini öyrənən Mayls çıxış yolu axtarmağa başlayıb. Surroqat ana olmaqla vəziyyətdən çıxış yolu tapa biləcəyini bilən qadın illər keçdikdən sonra bununla bağlı qızına təklif verib.

Nəticədə Maylsın 31 yaşlı qızı Tresi Smisin yumurtalıqları və onun 40 yaşlı nişanlısı Adam Smisin sperması mayalandırılıb. Daha sonra isə formalaşan embrion Maylsın bətninə yerləşdirilib.

Emma Mayls doğumdan sonra
© Emma Maylsın şəxsi arxivindən
Emma Mayls doğumdan sonra

Bir müddət öncə isə qadının hamiləliyi uğurla nəticələnib. Eviye adı verilən körpə qız övladının dünyaya gəlməsindən iki həftə sonra isə cütlük rəsmi nikaha daxil olub. 

Qeyd edək ki, İngiltərə qanunlarına görə, bu yolla doğulan uşaqların himayəsi birbaşa surroqat anaya verilir. Bu səbəbdən də Tresi Smis yeni doğulan körpəni öz anasının himayəsindən çıxarmaq üçün müəyyən addımlar atmağa başlayıb.

Əsas mövzular