SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Venesueladan şok qərar: Xuan Quaydoya 15 illik cəza

© REUTERS / ANDRES MARTINEZ CASARESXuan Quaydo
Xuan Quaydo - Sputnik Azərbaycan
Abunə olmaq
Venesuela hakimiyyəti müxalifət lideri Xuan Quaydoya 15 il ərzində hökümətdə vəzifə tutmağı qadağan edib.

BAKI, 28 mart - Sputnik. Venesuela hakimiyyəti müxalifət lideri Xuan Quaydoya 15 il ərzində hökümətdə vəzifə tutmağı qadağan edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bunu Venesuelanın Baş Nəzarət İdarəsinin başçısı Elvis Amoroso bəyan edib. Belə bir qərarın verilməsinə səbəb Quaydonun maliyyə deklarasiyasında pozuntuların aşkarlanmasıdır.  

Xuan Quaydo bu ilin yanvarında özünü ölkənin müvəqqəti prezidenti elan edib. Artıq aylardır ki, Venesuela əhalisi ayağa qalxaraq prezident Nikolas Maduronun istefasını tələb edir. Dünyanın bir sıra aparıcı ölkələri Quaydoya dəstək verir. Quaydo hazırkı prezident Nikolas Maduronu devirmək üçün "Azadlıq" əməliyyatı çərçivəsində 6 apreldən etibarən taktiki fəaliyyətə keçid təyin edib.

O həmçinin venesuelalıları martın 30-da küçəyə çıxaraq "hakimiyyətin qəsbinə son verməsini tələb etməyə" və sosial təminatların olmamasına etiraz etməyə çağırıb. 

Xəbər lenti
0