17:53 22 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Pasport, arxiv şəkli

Avropadan ikili vətəndaşlıq ilə bağlı mühüm qərar

CC0 / Rudy and Peter Skitterians / Passport
DÜNYA
Qısa URL
43 0 0

2020-ci il yanvarın 1-dən etibarən Norveç vətəndaşlığı almaq üçün müraciət edənlərin ikili vətəndaşlıq hüququ tanınacaq

BAKI, 28 mart — Sputnik. 2020-ci il yanvarın 1-dən etibarən Norveçdə ikili vətəndaşlığa icazə veriləcək.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Norveçdə 2006-ci ildə ləğv edilən "İkili vətəndaşlıq haqqında" qanun yenidən qəbul edilib. Norveç hökuməti də gələn ildən ikili vətəndaşlığa icazə verəcəyini açıqlayıb.

Bu məlumat hökumətin rəsmi internet səhifəsində əksini tapıb. Açıqlamada deyilib ki, 2020-ci il yanvarın 1-dən etibarən Norveç vətəndaşlığı almaq üçün müraciət edənlərin ikili vətəndaşlıq hüququ tanınacaq.

Açıqlamada daha əvvəl Norveç vətəndaşlığı alanların da gəldikləri ölkənin vətəndaşlığına keçərək ikili vətəndaşlıq hüququndan istifadə edə biləcəyi qeyd edilib.

Qeyd edək ki, Norveçdə 10 il yaşamaq vətəndaşlıq almaq üçün yetərli sayılır. Bu ölkədə dünyaya gələn uşaq isə ana və ya atasının norveçli olması halında bu dövlətin vətəndaşı ola bilir.

Əsas mövzular