Qadın müxtəlif kişilərdən əkiz uşaq doğub

© pixabay / ID 3194556Əkiz uşaqlar
Əkiz uşaqlar - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, müxtəlif kişilərdən əkiz uşaqların doğulması nadir halda baş verir

BAKI, 28 mart — Sputnik. Çinli qadın müxtəlif kişilərdən əkiz uşaq dünyaya gətirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə Syamın şəhərində baş verib. DNT analizi nəticəsində məlum olub ki, qadının əri əkizlərdən birinin atasıdır. Bundan öncə qadının əri uşaqlardan birinin ona bənzəmədiyinin fərqinə varıb. Test isə kişinin şübhələrini təsdiqləyib.

Qadın etiraf edib ki, ərinə xəyanət edib. Həmin kişi də uşaqlardan birinin atası olub.

Qeyd edək ki, müxtəlif kişilərdən əkiz uşaqların doğulması nadir halda baş verir.

Xəbər lenti
0