01:18 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
121 0 0

Mayor və iki podpolkovnik mühasirəyə düşərək öldürülüblər

BAKI, 26 mart — Sputnik. Fevral ayının sonunda Suriyada terrorçularla döyüş zamanı üç Rusiya hərbçisi həlak olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, günorta avtomobil ilə Deyr-əz-Zorda yerləşən yaşayış məntəqələrindən birinə humanitar yardım aparmaqdan qayıdan hərbçilər yaraqlıların pusqusuna düşüblər. Nəticədə tərəflər arasında silahlı toqquşma olub. Döyüş zamanı rusiyalı hərbçilər itkin düşüblər.

Hadisə barədə məlumat daxil olduqdan sonra onların axtarışına başlanılıb. Nəticədə avtomobilə hücum edən yaraqlılar müəyyən edilib, həmçinin hərbçilərin öldüyü təsdiqlənib. Öldürülənlər mayor və iki podpolkovniklərdir.

Hücumda iştirak edən 30 nəfərdən ibarət dəstə məhv edilib. Hərbçilərin cənazəsi Rusiyaya göndərilib.

Əsas mövzular