Otuz illik əmək bəhrə verdi: 66 milyon yaşlı dinozavr tapıldı

Abunə olmaq
Dünyanin ən böyük dinozavrının uzunluğu 13 metr, çəkisi 9 tondur

BAKI, 25 mart — Sputnik. Alberta Universitetinin paleontoloqları maraqlı kəşf ediblər. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, alimlər  ən böyük dinozavrın skeletinin bərpası prosesini tamamlayıblar. Scotti adı verilən T-rexin (Tyrannosaurus rex) skeletinin uzunluğu 13 metrə çatır. Ağırlığı 8800 kiloqramdır. Yaşı isə 66  milyon ildir.

Çində uçan dinozavr tapılıb - Sputnik Azərbaycan
Çində uçan dinozavr tapılıb

Bu dinozavrın qalıqları 1991-ci ildə Saskatchewan əyalətində tapılıb. Amma alimlər bu barədə mətbuata heç bir açıqlama verməyiblər. Bu illər ərzində dinozavrın sümüklərinin daşlaşmış qumdan təmizlənməsi üzərində iş aparılıb. Onlar bu skeletin üzərində illərlə işləyərək tam hala gətiriblər.

Açıqlamada deyilir ki, dinozavr təxminən 30 yaşında ölüb. Bu, ət yeyən dinozavr üçün kifayət qədər yaş olduğu bildirilir.

Dinozavrın sümükləri qum daşından təmizlənəndən sonra hissə-hissə muzeyə göndərilib və orada birləşdirilib.

Qeyd edək ki, “Dinozavrların kralı” olaraq tanınan Tyrannosaurus rex növünə aid olan Scotti indiyə qədər tapılan ən böyük dinozavr skeletindən ən azı  400 kiloqram ağırdır.

Xəbər lenti
0