17:13 20 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Peçenye

Peçenye 24 yaşlı qadını öldürdü

CC0 / Pezibear / cookies
DÜNYA
Qısa URL
80 0 0

Axmaq müsabiqə 3 yaşlı körpəni anasız qoydu

BAKI, 25 mart — Sputnik. İngiltərədə Betan Gaskin adlı qadın Burne şəhərində biskvit peçenyesi ilə müsabiqə zamanı ölüb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, yarış fevralın 22-də İngiltərənin Lincolşir qraflığının Burne şəhərində keçirilib. 24 yaşlı qadın rəfiqəsi gildə olan zaman fast-fud yarışında iştirak etmək qərarına gəlib. Yarışın şərtlərinə görə, iştirakçılar ağızlarına bacardıqları qədər çox yumru biskvit peçenye yerləşdirməlidirlər.

Betan Gaskin də bu şərtlərə əməl edib. Amma peçenye onun nəfəs borusuna düşüb və qız boğulmağa başlayıb. Bir neçə dəqiqə sonra isə 24 yaşlı qız huşunu itirib. Dostları Betan Gaskini xəstəxanaya aparıblar. Qız 5 gün komada qalıb və bir daha ayılmayıb. Onun ölümünə ürək tutması və beynin zədələnməsi səbəb olub.

Betan Gaskinin 3 yaşlı körpəsi qalıb.

Betanın anası Mişel Gaskin digər insanları belə yarışların fəsadı barədə xəbərdar edib. O, deyib ki, qızının ölümündən sonra bütün dünyada bir çox gənc insanların belə yarışlarda iştirakı ilə bağlı məlumatlar alıb.

Əsas mövzular