17:06 21 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
ABŞ prezidenti Donald Tramp

Tramp-Rusiya sövdələşməsi təsdiq olunmadı

© AFP 2019 / MANDEL NGAN
DÜNYA
Qısa URL
32 0 0

Aylardır davam edən müəmmalı araşdırma yekunlaşdı

BAKI, 24 mart — Sputnik. ABŞ-ın xüsusi prokuroru Robert Müller Moskva ilə Donald Trampın seçki qərargahı arasında sözləşmənin olmadığını təsdiq edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Robert Müller tərəfindən aparılan araşdırmanın yekunu üzrə hazırlanan hesabatda qeyd olunub.

Bu sənəddə öz əksini tapan əsas fikirləri bazar günü eyni zamanda Baş Prokurorluq funksiyasını yerinə yetirən ABŞ-ın Ədliyyə Nazirliyi dərc edib.

Ədliyyə naziri Uilyam Barr bu fikirləri özündə əks etdirən məktubu Konqresin Senat və Nümayəndələr Palatasının hüquq komitələrinin rəhbərlərinə göndərib.

"Xüsusi prokurorun araşdırması zamanı əldə edilən sübutlar prezidentin cinayət törətməsi və ədalət məhkəməsinə maneəçilik etməsini müəyyənləşdirmək üçün yetərsizdir" - deyə məktubda qeyd olunub.

Sənəddə bildirilir ki, "araşdırma Trampın seçki kampaniyası iştirakçılarının Rusiya ilə sözləşməyə girməsi və ya müdaxilə üzrə hərəkətləri əlaqələndirməsini aşkar etməyib".

Əsas mövzular