Türkiyədən acı xəbər gəldi: Ölən və xeyli yaralanan var

© Photo : SozcuTürkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Zirehli avtomobilin devrilməsinin səbəbləri bəlli deyil

BAKI, 24 mart — Sputnik. Türkiyədə hərbçiləri daşıyan avtomobilin qəzaya uğraması nəticəsində ölən və yaralananlar var.

Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, hadisə Şırnak vilayətində, Silop rayonunda qeydə alınıb.

Cizre-Şırnak yolunda zirehli avtomobilin aşması nəticəsində 1 əsgər ölüb, daha 20 əsgər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Məlumata görə, avtomobil əsgərləri Şerafettin Elçi hava limanına aparırmış.

Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.

Xəbər lenti
0