14:54 06 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
87 0 0

Zirehli avtomobilin devrilməsinin səbəbləri bəlli deyil

BAKI, 24 mart — Sputnik. Türkiyədə hərbçiləri daşıyan avtomobilin qəzaya uğraması nəticəsində ölən və yaralananlar var.

Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, hadisə Şırnak vilayətində, Silop rayonunda qeydə alınıb.

Cizre-Şırnak yolunda zirehli avtomobilin aşması nəticəsində 1 əsgər ölüb, daha 20 əsgər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Məlumata görə, avtomobil əsgərləri Şerafettin Elçi hava limanına aparırmış.

Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.

Əsas mövzular