17:14 20 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən Nur məscidi

Müsəlmanların kütləvi qətlə yetirildiyi məscidlərin fəaliyyəti bərpa edilib

© REUTERS / EDGAR SU
DÜNYA
Qısa URL
30 0 0

Ölkə polisi terror aktları ilə bağlı araşdırmaları başa çatdırıb

BAKI, 23 mart – Sputnik. Terror aktları nəticəsində 50 nəfərin öldüyü Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən Nur və Linvud məscidləri yenidən qapılarını imanlı şəxslərin üzünə açıb. Bu barədə Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadən xəbər verir.

Ölkə polisi terror aktları ilə bağlı araşdırmaları başa çatdırıb. Məscidlərin açılış mərasimində yerli hakimiyyət nümayəndələri, müsəlman icmalarının rəhbərləri, Yeni Zelandiya polis komissarının müavini Uolli Xaumaxa da iştirak edib.

Qeyd edək ki, martın 15-i Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə atışma nəticəsində 50 nəfər ölüb, 48 nəfər (digər məlumatlara görə 50 nəfər) də yaralanıb.

Bu arada, hadisəni ultrasağçı Avstraliya vətəndaşının törətdiyi məlum olub. Onun Avstraliyanın Qrafton şəhərinin sakini Brenton Tarrant adlı şəxs olduğu bildirilir.

"New Zealand Herald" nəşri yazır ki, onun 28 yaşı var. Cinayətkar daha əvvəl öz məramları barədə danışdığı 37 səhifəlik "manifest" paylaşıb. Artıq "Twitter" sosial şəbəkəsi Brenton Tarrantın səhifəsini bağlayıb.

Əsas mövzular