18:42 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
193 0 0

Avakovla Saakaşvili arasında söz dueli davam edir

BAKI, 21 mart – Sputnik. Ukraynanın daxili işlər naziri Arsen Avakov Mixail Saakaşvilinin Kiyevə gəlmək planlarını "300 dollarlıq piar" adlandırıb.

"Məhkəmə qadağasına görə o heç aldığı biletlə təyyarəyə minə bilməyəcək" - Avakov deyib. 

Daha öncə Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili bəyan edib ki, aprelin 1-də Ukraynaya gəlmək fikrindədir, çünki hazırkı dövlət başçısı Pyotr Poroşenkonun yenidən prezident seçilməyəcəyinə və beləliklə, heç kimin onun gəlişinə mane ola bilməyəcəyinə əmindir. O, həmçinin aldığı təyyarə biletini də göstərib.

Əsas mövzular