ABŞ-ı məhv edə biləcək dövlətlərin sayı artır

© REUTERS / Hyungwon KangKapitolinin fonunda ABŞ və Çin bayraqları
Kapitolinin fonunda ABŞ və Çin bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Skinner Vaşinqton üçün hansı ölkələrin təhlükə törətdiyini qeyd etməyib

BAKI, 20 mart — Sputnik. ABŞ Dövlət Departamentinin Siyasi Planlaşdırma İdarəsinin rəhbəri Kiron Skinner bildirib ki, təxminən 50 dövlət ABŞ-a əhəmiyyətli təhlükə yarada bilər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun çıxışı Strateji Beynəlxalq Araşdırmalar Mərkəzinin saytında dərc edilib.

O, Vaşinqton üçün hansı ölkələrin təhlükə törətdiyini qeyd etməyib. Skinner bildirib ki, keçmişdə Vaşinqtonu iki rəqib - SSRİ və Çin narahat edirdi. Ancaq o vaxtdan bəri vəziyyət dəyişib, bəzi dövlətlər "nüvə klubu"na qoşulub və ya qoşulmağa hazırdır. Onun sözlərinə görə, ABŞ-a başqa üsullarla da, məsələn kiberhücumlar və ya iqtisadiyyata təsir etməklə də zərər vurmaq mümkündür.

Xəbər lenti
0