17:09 21 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz oğlu Məhəmməd bin Salmanla

Səudiyyə Kralından şahzadəyə zərbə: Səlahiyyətləri əlindən alındı

© AP Photo / Saudi Press Agency
DÜNYA
Qısa URL
67 0 0

Vəliəhd şahzadə Məhəmməd bin Salmanın iqtisadiyyat və maliyyə sahəsində qərar qəbul etməsi məhdudlaşdırılıb

BAKI, 19 mart — Sputnik. Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz oğlu Məhəmməd bin Salmanın bir sıra səlahiyyətlərini əlindən alıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, vəliəhd şahzadə Məhəmməd bin Salmanın iqtisadiyyat və maliyyə sahəsində qərar qəbul etməsi məhdudlaşdırılıb.

Vəliəhd şahzadə iki həftədir əhəmiyyətli tədbirlərdə iştirak etmir. Şahzadənin investisiya qərarlarına kralın adından yeni milli təhlükəsizlik müşaviri Musaed al-Aibanın nəzarət edəcəyi bildirilib.

Ata oğulun arasını vuran hadisə isə İstanbulda Səudiyyə Ərəbistanın səfirliyində jurnalist Camal Qaşıqçının öldürülməsi olub. Ər-Riyad rəhbərliyi cinayətdə şahzadənin rolu olduğu iddialarını tez-tez rədd etsə də, Məhəmməd bin Salmanın nüfuzunun sarsıldığı deyilir.

Son olaraq Rusiya xarici işlər naziri Sergey Lavrov Ər-Riyada həyata keçirdiyi səfər zamanı Məhəmməd bin Salman ilə bir araya gəlməyib. Hindistan və Çin səfirləri ilə və digər görüşlərdə də şahzadə iştirak etməyib.

Əsas mövzular