07:11 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9126
Türk axını layihəsinin dəniz və yeraltı hissəsi birləşdirilib

"Türk Axını"nda son akkordlar: Dəniz və yeraltı hissə birləşdirilib

© AA
DÜNYA
Qısa URL
45 0 0

2017-ci ilin may ayında dəniz hissəsinin tikintisinə başlanan layihənin ümumi gücü 31,5 milyard kubmetr səviyyəsində müəyyən edilib

BAKI, 19 mart — Sputnik. Türkiyədə "Türk axını" layihəsinin dəniz və yeraltı hissəsi birləşdirilib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, "sonuncu qaynaq" qaz kəmərinin dəniz və sahil seksiyasını birləşdirəcək.

"Bu, Qara dənizdə qaz kəməri sisteminin yaradılması üzrə bütün kompleks işlərinin bitməsini simvolizə edir" - deyə "Turkstream" şirkətinin bəyanatında bildirilir.

Rusiyadan başlayan və Qara dəniz üzərindən Türkiyəyə Kırklarelinin Vize rayonundan daxil olan Türk Axın Təbii Qaz Boru Kəməri Rusiya qazını ilkin mərhələdə Türkiyəyə, buradan da Avropaya çatdıracaq.

İki ayrı-ayrı boru kəmərilə təbii qaz ötürülməsini təmin edən xətt iki torpaq və iki dəniz hissədən ibarətdir. 2017-ci ilin may ayında dəniz hissəsinin tikintisinə başlanan layihənin ümumi gücü 31,5 milyard kubmetr səviyyəsində müəyyən edilib.

Dünyanın ən böyük təbii qaz ixracatçısı olan Rusiya ehtiyatlarını dünya bazarlarına köçürmənin strateji və təhlükəsiz yollarını müəyyən edərək təbii qaz ticarətində müxtəlif bazarlara çatmaq istəyir. Bu yollar arasında ən çox gündəmdə olan və Türkiyə ilə strateji tərəfdaşlığın davamını təmin edəcək Türk Axını layihəsi Rusiyanın enerji siyasətinin əhəmiyyətli bir parçasıdır.

Enerji ehtiyatı göndərmə təhlükəsizliyini təmin etmək və geosiyasi mövqeyini gücləndirmək baxımından Türk Axını layihəsi Türkiyəyə əhəmiyyətli üstünlüklər verir. Rusiya da Türkiyə kimi əhəmiyyətli ticarət partnyoru ilə ixracatını davam etdirmə fürsəti qazanır.

Əsas mövzular