03:28 24 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir

Yerevanda etirazlar davam edir

© Sputnik / Karine Harutyunyan
DÜNYA
Qısa URL
91 0 0

Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir

BAKI, 18 mart — Sputnik. Qazlı içkilərin istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri bu gün səhər saatlarından etibarən Ermənistanın hökumət binası qarşısında toplaşaraq yenidən etiraz aksiyası keçirirlər. Sputnik Ermənistan xəbər verir ki, etirazçılar Vergilər Məcəlləsində nəzərdə tutulan yeni aksiz vergisinə etiraz edirlər.

  • Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir
    Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir
    © Sputnik / Andranik Ghazaryan

1 / 3
© Sputnik / Andranik Ghazaryan
Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir

Ermənistan Maliyyə Nazirliyinin Vergilər Məcəlləsinə təklif etdiyi dəyişikliklərə əsasən, hər bir litr qazlı içkiyə görə tətbiq olunan vergi 5% artacaq. Aksiya iştirakçılarının fikrincə, yeni vergi ölkədə qazlı içkilərin qiymətinin artımı ilə nəticələnə bilər.

Etirazçılar Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla görüş tələb edirlər. Onlar əllərində "Hökumət işsizliyi dəstəkləyir", "Hökumət orta sahibkarlığı öldürür", "Böyük biznesin hökuməti" kimi şüarlar yazılan plakatlar tutublar.

Xatırladaq ki, ötən həftə də eyni tələblərlə Yerevanda etiraz aksiyası keçirilmişdi.

Əlaqədar

Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib – FOTOLAR
Eldar Əzizov mer seçkilərinə etiraz etdi
Yerevanda yeni etiraz aksiyası keçirilir - VİDEO
Teqlər:
etiraz aksiyası, Yerevan, Ermənistan, qazlı içki

Əsas mövzular