15:25 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
65 0 0

Hazırda Rusiya Misirə "MiQ-29M/M2" tipli qırıcılar tədarük edir

BAKI, 18 mart — Sputnik. Misir Rusiya ilə "onlarla" "Su-35" ağır çoxfunksiyalı qırıcıların alınmasına dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Kommersant" nəşri müdafiə sənayesi müəssisələrinin iki top menecerinə istinadən bildirir.

Nəşr yazır ki, hazırda Rusiya Misirə "MiQ-29M/M2" tipli qırıcılar tədarük edir.

"Su-35"-lərin alınması üzrə müqavilənin ümumi dəyərinin, təxminən, 2 milyard dollar olduğu bildirilir.

Ötən ilin sonunda "The National Interest" nəşri Misirin Rusya istehsalı olan "Armata" tanklarının alınmasında maraqlı ola biləciyini ehtimal etmişdi.

Əlaqədar

Azərbaycanın hərbi qüdrəti: Bakıda yeni silahlar və texnika nümayiş olundu
Azərbaycan cəbhə bölgəsinə yeni hərbi texnika göndərir
Rusiyadan Azərbaycana müasir hərbi texnika gətirildi – VİDEO
Teqlər:
hərbi texnika, Misir, Rusiya

Əsas mövzular