Ağcaqanad hər il 700 mindən çox adam öldürür

© Sputnik / Oleg Lastochkin / Mediabanka keçidAğcaqanad, arxiv şəkli
Ağcaqanad, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatını məlumatına görə, hər il dünyada 50 minədək insan ilan zəhərlənməsindən dünyasını dəyişir

BAKI, 18 mart — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı hesabata görə, bu gün dünyadakı infeksion xəstəliklərin yayılmasında ağcaqanadların üzərinə düşən pay təxminən 17 faizdir.

Fil xəstəliyinə tutulan qadın - Sputnik Azərbaycan
Qadını ağcaqanad dişlədi, ayağı fil ayağına döndü

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məhz bu səbəbdən də hər il dünyada 725 min insan ağcaqanadın yaydığı xəstəlikdən dünyasını dəyişir. Təşkilatın məlumatına görə, malyariya xəstəliyi ilə əlaqədar olaraq 200 milyon insandan 600 mini dünyasını dəyişib.

Ümumdünya Səhiyyə Təşkilatını məlumatına görə, hər il dünyada 50 minədək insan ilan zəhərlənməsindən dünyasını dəyişir. Hesabatda qeyd edilir ki, zəhərli ilan sancmasından 45 saniyə ərzində insanlar dünyalarını dəyişir.

Hər il dünyada it dişləməsindən ölənlərin sayı isə 25 mindir. Məlumata görə, ABŞ-da hər il 4.5 milyon it dişləməsindən yalnız 30 nəfər dünyasını dəyişir. Bundan başqa, ÜST qeydinə görə, timsahlar hər il 1000 nəfərin həyatına son qoyur.

Xəbər lenti
0