Ərdoğan Yeni Zelandiyada baş verənlərə reaksiya verdi

© Cem Oksuz/Turkish Presidential Press Office/Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə ən yüksək dərəcəli təhlükəsizlik rejimi elan edilib

BAKI, 15 mart — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kraystçerç şəhərində məscidlərdə baş verən terror aktları ilə bağlı İslam dünyası və Yeni Zelandiya xalqına başsağlığı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ərdoğanın rəsmi "Twitter" səhifəsinə yerləşdirib. 

Yeni Zelandiyanın Kraystçerç şəhərində məsciddə atışma nəticəsində yaralananların təxliyəsi - Sputnik Azərbaycan
Ölənlərin sayı 40-a çatdı, baş nazir xalqa müraciət edir

O, qeyd edib ki, bu terror aktları dünyada irqçilik və islamafobiyanın artmasına nümunədir.

Xatırladaq ki, Yeni Zelandiyanın baş naziri Casinda Ardern hazırda Kraystçerç şəhərində yerləşən məscidlərə silahlı hücumla bağlı ölkənin yüksək rütbəli məmurları ilə brifinq keçirib. 

Ardern xalq müraciətində qeyd edib ki, bu Yeni Zelandiyanın ən qara günlərindən biridir. Onun sözlərinə görə, ölkədə ən yüksək dərəcəli təhlükəsizlik rejimi elan edilib.

Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə atışma nəticəsində 49 nəfər ölüb. Hazırda xəstəxanada 48 nəfərin olduğu bildirilir. 

Bu arada, hadisəni ultrasağçı Avstraliya vətəndaşının törətdiyi məlum olub. Onun Avstraliyanın Qrafton şəhərinin sakini Brenton Tarrant adlı şəxs olduğu bildirilir.

"New Zealand Herald" nəşri yazır ki, onun 28 yaşı var. Cinayətkar daha əvvəl öz məramları barədə danışdığı 37 səhifəlik "manifest" paylaşıb. Artıq "Twitter" sosial şəbəkəsi Brenton Tarrantın səhifəsini bağlayıb.

Xəbər lenti
0