Ağdamda oğurlanan qızıl-zinət əşyaları tapıldı

© AFP 2023 / CHANDAN KHANNAЮвелирные изделия из золота, фото из архива
Ювелирные изделия из золота, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əməli törədən Bakı şəhər sakini Aleksandr Sebestyanov saxlanılıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 15 mart - Sputnik. Ağdam rayon sakini Fəzail Mehdiyevə məxsus evdən qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki,  Ağdam Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında hadisə yerinə baxış keçirilib, müvafiq tədbirlər görülüb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aleksandr Sebastyanov saxlanılıb. Onun ümumilikdə 4000 manat dəyərində qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib və qızıl əşyaları maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti
0