Prankerlər Xuan Quaydonu ələ saldılar

© Sputnik / Marko Belyo / Mediabanka keçidVenesuela müxalifətinin lideri Xuan Quaydo
Venesuela müxalifətinin lideri Xuan Quaydo - Sputnik Azərbaycan
Abunə olmaq
"İsveçrə prezidenti" qeyd edib ki, Quaydo pullardan "ölkə rəhbəri" kimi istifadə edə bilər.

BAKI, 15 mart — Sputnik. Prankerlər Vovan və Leksus bu dəfə özünü Venesuelanın prezidenti elan etmiş Xuan Quaydonu dolayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, rusiyalı prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Leksus) Venesuelanın müvəqqəti prezidenti Xuan Quaydo ilə İsveçrənin prezidenti Uli Maurerin adından danışıb.

Belə ki, saxta "Maurer" Quaydoya Venesuela lideri Nikolas Maduronun İsveçrənin "LeksusVovanial" bankında olan milyonunu bloklamağı və sonradan Quaydonun hesabına köçürməyi təklif edib.

ABŞ-ın Venesuelada səfirliyi - Sputnik Azərbaycan
Venesuela ABŞ diplomatlarına ölkədən çıxmağa 72 saat vaxt verdi

"İsveçrə prezidenti" həmçinin qeyd edib ki, Quaydo bu vəsaitdən "ölkə rəhbəri" kimi istifadə edə bilər.

Quaydo isə həmsöhbətinə təkcə öz adından deyil, eyni zamanda bütün Venesuela xalqı adından təşəkkür edərək, qeyd olunan məbləğin bloklanması üçün sorğu göndərməyə razılaşıb.

"Sevinən Quaydo dərhal mətbuata Maduronun vəsaitinin bloka salınması ilə bağlı Maurerlə danışdığını bildirəcək. Yəqin İsveçrənin rəsmiləri bu sözləri təkzib edəcək" - deyə prankerlər Sputnik Mundo-ya bildirib.

Xəbər lenti
0