05:08 26 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Yerevanda polis və nümayişçilər arasında qarşıdurma

Qonşuda polis və nümayişçilər arasında qarşıdurma, xəsarət alanlar var - VİDEO

© Sputnik / Aram Nersesyan
DÜNYA
Qısa URL
48 0 0

Nümayişçilər bildirilər ki, kafelərin sökülməsi iş yerlərinin itirilməsi anlamına gəlir.

BAKI, 14 mart — Sputnik. Ermənistanın paytaxtı Yerevanda polislər və nümayişçilər arasında toqquşma baş verib. Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, insident Azadlıq meydanında baş verib.

Məlumata əsasən, hadisə yerinə cəlb olunan polislərdən biri nümayişçilərdən birinin onu vurduğunu iddia edib. Bundan sonra polislə nümayişçilər arasında toqquşma baş verib.

Yerevanın Maştos prospektində baş verən toqquşma nəticəsində bir polis və bir mülki şəxs xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hazırda Azadlıq meydanı yaxınlığında yerləşən kafelərin sökülməsi prosesi gedir. Kafe iştirakçıları buna etiraz edirlər. Onlar bildirilər ki, kafelərin sökülməsi iş yerlərinin itirilməsi anlamına gəlir.

Əsas mövzular