Məktəb uçdu, yüzdən çox uşaq dağıntılar altında qaldı

© AP PhotoXilasedicilər və qəza xidməti briqadaları məktəb uçan ərazidə işləyirlər
Xilasedicilər və qəza xidməti briqadaları məktəb uçan ərazidə işləyirlər - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib

BAKI, 13 mart — Sputnik. Nigeriyada dəhşətli faciə yaşanıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin ən böyük şəhərlərindən olan Lagosda 3 mərtəbəli orta məktəb binası uçub.

© REUTERS / TEMILADE ADELAJAXilasedicilər uçqun altından çıxardıqları uşağı həkimlərə verməyə tələsirlər
Məktəb uçdu, yüzdən çox uşaq dağıntılar altında qaldı - Sputnik Azərbaycan
Xilasedicilər uçqun altından çıxardıqları uşağı həkimlərə verməyə tələsirlər

Uçqun dərs zamanı baş verdiyi üçün şagirdlər dağıntılar altında qalıb. Məlumata görə, uçqunun altında 100-dən çox insan var. Onların əksəriyyətinin şagird olduğu bildirilir.

Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib. Xilasetmə işləri aparılır.

Xəbər lenti
0