01:41 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9066
Erməni əsgərləri, arxiv şəkli

Ermənistan ordusu yenə itki verib

© Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti
DÜNYA
Qısa URL
213 0 0

Ölüm faktı düşmənin açdığı atəş nəticəsində baş verməyib

BAKI, 13 mart — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin əsgəri, sıravi-feldşer Hamlet Hraçiviç Avakyan həlak olub. Sputnik Ermənistan xəbər verir ki, bunu öz "Facebook" səhifəsində Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsurun Hovannisyan yazıb. 

Onun sözlərinə görə, hadisə Ermənistanın şimal-şərq sərhədlərinin yaxınlığında baş verib: "Ölüm faktı düşmənin açdığı atəş nəticəsində baş verməyib. Digər təfərrüatları müvafiq orqanlar açıqlayacaq".

Qeyd edək ki, bu, ötən gün ərzində Ermənistan ordusunda baş verən ikinci haldır. Belə ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər həlak olub.

Məlumata əsasən, martın 12-i saat 06:50 radələrində 2000-ci il təvəllüdlü Karen Karapetyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb. Faktla bağlı araşdırmalar aparılır.

Əlaqədar

Politoloq: “Ermənistan tərəfi verdiyi bəyanatlarla danışıqlardan qaçır”
Həmsədrlər Azərbaycan və Ermənistan liderləri ilə görüşə hazırdırlar
Paşinyan təcili Qarabağa gəldi, Ermənistan tarixində bir ilk baş verəcək
Ermənistan hakimiyyətində qarşıdurma: Prezident niyə Qarabağdakı iclasa gəlməyib?
Teqlər:
Ermənistan Müdafiə Nazirliyi, ordu, itki, Ermənistan

Əsas mövzular