19:35 17 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9066
Sürücüsüz Uber taksisi San Fransiskonun 5-ci küçəsində

Sürücüsüz avtomobillərin sayına görə lider ölkələrin siyahısı

© AFP 2019 / JUSTIN SULLIVAN
DÜNYA
Qısa URL
56 0 0

Avropanın 6 ölkəsi ilk onluqda yer alıb

BAKI, 11 mart — Sputnik. Hollandiya dünyada "Sürücüsüz avtomobillərin hazırlıq indeksi" ilə bağlı tərtib olunan siyahıya rəhbərlik edir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, siyahıda ikinci yerdə Sinqapur qərarlaşıb.

Ötən il bu siyahıda ilk üçlükdə yer alan ABŞ isə, bu dəfə 4-cü yerdə qərar tutub. Cari ildə Norveç ABŞ-ın yerini əlindən alaraq 3-cü olub.

"Sürücüsüz avtomobillərin hazırlıq indeksi" ilə bağlı 25 ölkənin yer aldığı siyahıda olan Finlandiyada da sürücüsüz avtmobillərlə bağlı müxtəlif işlər görülür. Finlandiyada bu avtomobillərin qış saatlarında necə çalışması məsələsi daha geniş öyrənilir.

Qeyd edək ki, Avropanın 6 ölkəsi ilk 10-da yer alıb.

Əlaqədar

İki pilot təyyarə havada olarkən əlbəyaxa dava edib
Təyyarə gecikdi, pilot sərnişinlərə elə şey etdi ki...
Teqlər:
ölkə, avtomobil, pilotsuz

Əsas mövzular