Məşhur film həyatda yaşandı: Təyyarə körpəyə görə hava limanına qayıtdı

© AP Photo / Aaron FavilaSaudi Arabian Airlines aviaşirkətinə məxsus təyyarə
Saudi Arabian Airlines aviaşirkətinə məxsus təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
Qadının məsuliyyətsizliyinə görə, cəzalandırlıb-cəzalandırılmadığı barədə məlumat verilmir

BAKI, 12 mart — Sputnik. Səudiyyə Ərəbistanının təyyarəsi sərnişin tərəfindən unudulan körpəyə görə, aeroporta qayıdıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə Ciddə şəhərində kral Əbdül Əziz adına hava limanında baş verib. Yerli mətbuatın məlumatına görə, Səudiyyə Ərəbistanı hava yollarına məxsus təyyarənin komandiri və dispetçer arasında danışıq olub. Pilot bildirib ki, sərnişinlərdən biri körpəsini terminal binasında unutduğu üçün uçmaqdan imtina edir. Bu səbəbdən də təyyarə geri qayıtmalı olub.

Qadının məsuliyyətsizliyinə görə, cəzalandırlıb-cəzalandırılmadığı barədə məlumat verilmir.

Qeyd edək ki, bir çoxları bu hadisənin ABŞ istehsalı olan “Evdə tək” filminə oxşadığını bildiriblər. Həmin filmdə də ana təyyarəyə minən zaman uşağını hava limanında unutduğunu bilir.

Xəbər lenti
0