Kosmosdan gələn qorxulu musiqi eşidildi – VİDEO

© Photo : Greg Ruppel/ESAКомета 21P снята в момент максимального приближения к Солнцу за 72 года
Комета 21P снята в момент максимального приближения к Солнцу за 72 года - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, alınan kompozisiya alimlərin xoşuna gəlməyib

BAKI, 12 mart — Sputnik. NASA mütəxəssisləri "kosmik simfoniya" qeydə alıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, NASA kosmik agentliyinin alimləri Hubble kosmik teleskopunun yardımı ilə alınan ultrasəs məlumatları musiqiyə çeviriblər. Bu barədə Hubble missiyasının saytında məlumat verilib.

Qeyd edilir ki, təsvirlər RELICS adlı müşahidə proqramının bir hissəsi kimi təkmilləşdirilən geniş əhatəli Wide Field Camera 3 kamerası vasitəsilə əldə edilib. Ekspertlər qalaktikaların qrupunun toplanmasının fotolarını çəkiblər.

Alimlər fotolardan birini seçərək, ona "galaktika xəzinələri olan sandıq" adını verib. Fotoda çox sayda qalaktika yer alıb. Bu foto "kosmik musiqinin" yaranması üçün əsas olub.

NASA mütəxəssisləri ultrasəs müşahidəni musiqi kompozisiyasına çeviriblər. Kompozisiya xüsusi alqoritmlər vasitəsilə yaradılıb. Şəkildə olan bütün elementlərə öz səsi verilib. Eyni zamanda, ulduzlar və kompakt qalaktikalar qısa səslərlə, spiral qalaktikalar isə mürəkkəb və daha uzun səslərlə verilib.

Səs spektrində təsvir soldan sağa səsləndirilir, tezlik yuxarıdan aşağıya 30-dan 1000 hers aralığında dəyişir. Təsvirin aşağı hissəsində obyektlər aşağı tezliklə, yuxarı hissəsində isə yüksək tezliklə səslənir.

Qeyd edək ki, alınan kompozisiya alimlərin xoşuna gəlməyib. Onlar musiqini həddən artıq dəhşətli və qorxulu adlandırıblar.

Xəbər lenti
0