02:28 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
Hakim çəkici, arxiv şəkli

Məhkəmə məşhur müğənni haqqında qərar verdi - FOTO

© AP Photo /
DÜNYA
Qısa URL
64 0 0

Ebru Gündeş tərəfindən qayda pozuntusu olmadığı üçün müğənni bəraət alıb

BAKI, 12 mart — Sputnik. Türkiyənin Mədəniyyət və Təbiət Abidələrini Qoruma Qanununa zidd olaraq Beykoz Kanlıcadakı villasında tikinti işləri aparan məşhur müğənni Ebru Gündeşin məhkəməsi olub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni üçün 6 aydan 3 ilə qədər həbs cəzası istənilən məhkəmədə bu gün qərar verilib.

Ebru Gündeş
Facebook
Ebru Gündeş

Məhkəmə prosesində Gündeşin vəkili bildirib ki, villada tikinti işləri görülən zaman müğənni hamilə olub, sonradan isə başı konsert proqramlarına qarışdığı üçün tikinti işləri əsnasında heç bir əmr və tapşırıq verməyib. Daha sonra villada təmir-tikinti işlərini görən Hakkı Süha Gökdemirə söz verilib. Öz növbəsində Gökdemir də günahsız olduğunu bildirib.

Sonra hakim ittiham edilən şəxslər haqqında qərar verib. Ebru Gündeş tərəfindən qayda pozuntusu olmadığı üçün müğənni bəraət alıb. Villada tikinti işləri aparan Hakkı Süha Gökdemir haqqında isə 1 il, 8 ay azadlıqdan məhrum etmə cəzası və 80 lirə cərimə tətbiq edilib. Onun həbs cəzası 5 il müddətinə təxirə salınıb.

Əsas mövzular