02:34 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Boeing 737 Max

Məşhur təyyarələrdən istifadəyə qadağa qoyuldu

© AP Photo / Jason Redmond
DÜNYA
Qısa URL
72 0 0

"Boeing" şirkəti Efiopiyadakı aviaqəzadan sonra yeni təyyarənin təqdimat mərasimini təxirə salıb

BAKI, 11 mart — Sputnik. Çin rəhbərliyi Efiopiyada baş verən aviaqəzadan sonra "Boeing 737 Max" təyyarələrinin istifadəsinin müvəqqəti olaraq dayandırılmasına dair qərar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Çinin mülki aviasiya idarəsinin rəsmi saytında məlumat yerləşdirilib.

"Belə bir qərar Çində aviauçuşların təhlükəsizliyinin təmin olunması üçün atılıb. Qərar xüsusi xəbərdarlıqdan sonra ləğv olunacaq" - deyə məlumatda bildirilir.

Daha əvvəl isə "Boeing" şirkəti Efiopiyadakı aviaqəzadan sonra yeni təyyarənin təqdimat mərasimini təxirə salıb.

Xatırladaq ki, Efiopiyada "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı təyyarənin göyərtəsində 149 sərnişin və 8 heyət üzvü də daxil olmaqla, 157 nəfər olub.

Sərnişinlər arasında BMT-nin 19 əməkdaşı, habelə 35 müxtəlif ölkənin vətəndaşları olub. Qəza zamanı sərnişin və heyət üzvlərindən heç kim sağ qalmayıb. Qəzanın səbəbləri hələ məlum deyil.

Əlaqədar

Malayziya “Boeing”inin müəmması
“Boeing 787” təyyarələrinin mühərriklərində ciddi problem aşkarlanıb
Azərbaycan niyə “Boeing” şirkətinə müraciət etmək istəyir?
Teqlər:
qadağa, təyyarə, "Boeing", Çin

Əsas mövzular