Dünya şöhrətli rəssamın nadir əsəri Türkiyədə tapıldı – VİDEO

© DHA_Depo Photos via APTürk polisi
Türk polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Polis axtarış həyata keçirib və 5 nəfər tablonu satmaq istəyərkən həbs edilib

BAKI, 9 mart — Sputnik. Türkiyənin Diyarbəkir vilayətində dünya şöhrətli ispaniyalı rəssam Pablo Pikassoya aid "Çılpaq və Qatil" rəsm tablosu ələ keçirilib.

© DHATürkiyənin Diyarbəkir vilayətində ələ keçirilən rəsm tablosu
Dünya şöhrətli rəssamın nadir əsəri Türkiyədə tapıldı – VİDEO - Sputnik Azərbaycan
Türkiyənin Diyarbəkir vilayətində ələ keçirilən rəsm tablosu

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Diyarbəkirdə ispaniyalı rəssama aid olduğu iddia edilən və üzərində İraqın Milli Muzeyinin möhürü olan rəsm tablosu ələ keçirilib.

© DHATablonun bir küncündə Pikassoya aid olduğu ehtimal edilə imza var
Dünya şöhrətli rəssamın nadir əsəri Türkiyədə tapıldı – VİDEO - Sputnik Azərbaycan
Tablonun bir küncündə Pikassoya aid olduğu ehtimal edilə imza var

Türkiyə polisi Yenişehir rayonunda 3 nəfərin çox dəyərli bir tablonu satmaq istəməsi ilə bağlı məlumat əldə edib və əməliyyat-axtarış tədbirlərinə başlayıb.

© DHATablonun arxasında İraq Beynəlxalq Muzeyinin möhürü var
Dünya şöhrətli rəssamın nadir əsəri Türkiyədə tapıldı – VİDEO - Sputnik Azərbaycan
Tablonun arxasında İraq Beynəlxalq Muzeyinin möhürü var

Polis onların olduğu evdə axtarış həyata keçirib və 5 nəfər tablonu satmaq istəyərkən həbs edilib.

Tablo ekspertlər tərəfindən incələnməsi üçün mühafizə altına alınıb.

Xəbər lenti
0