22:19 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
Nikolas Maduro

"ABŞ bizə qarşı elektrik müharibəsi elan edib"

© REUTERS / STRINGER
DÜNYA
Qısa URL
77 0 0

Nikolas Maduro: "Amerika imperializmi Uqo Çavesin xalqına qalib gələ bilməyəcək"

BAKI, 8 mart — Sputnik. "Birləşmiş Ştatlar mənim ölkəmə elektrik müharibəsi elan edib". Sputnik Azərbaycan xəbər verir ki, bunu Venesuela prezidenri Nikolas Maduro öz "Twitter" səhifəsində yazıb.

O, eyni zamanda vurğulayıb ki, Amerika imperializmi Venesuelanın sabiq prezidenti Uqo Çavesin xalqına qalib gələ bilməyəcək. Lakin Venesuela lideri ölkədə baş verən elektrik enerjisi ilə bağlı kəsintilərdə ABŞ-ın əlinin olmasına dair sübutlar gətirməyib.

Qeyd edək ki, Venesuelanın 23 ştatından 21-də elektrik enerjisinin verilməsində fasilələr müşahidə olunur. Eyni hal paytaxt Karakasda da baş verir. Bununla bağlı paytaxta metropoliten öz işini dayandırıb, həmçinin mobil rabitədə problemlər müşahidə olunur.

Əlaqədar

Rusiyadan dünyanı sarsıdan Venesuela açıqlaması
Venesuelanın müxalifət lideri ölkəyə qayıtmaq niyyətindədir
Venesuela lideri ABŞ-a mesaj göndərdi
Teqlər:
Nikolas Maduro, Venesuela, elektrik, Birləşmiş Ştatlar

Əsas mövzular