Bakıda amerikalı generala 16 medalyonu kim hədiyyə edib?

© AP Photo / Pablo Martinez MonsivaisABŞ Silahlı Qüvvələrinin Qərargah rəisi generel Cozef Danford
ABŞ Silahlı Qüvvələrinin Qərargah rəisi generel Cozef Danford - Sputnik Azərbaycan
Abunə olmaq
Bu hədiyyə 2017-ci il ərzində Rusiya rəsmiləri tərəfindən ABŞ-dan olan həmkarlarına edilən yeganə hədiyyə olub

BAKI, 8 mart — Sputnik. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov 2017-ci ilin fevralında Bakıda ilk dəfə amerikalı həmkarı Cozef Danfordla görüşü zamanı ona 16 medalyondan ibarət dəst, Vasili Blajennı kilsəsi və Kremlin əks olunduğu şəkili hədiyyə edib.

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidRusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov
Bakıda amerikalı generala 16 medalyonu kim hədiyyə edib? - Sputnik Azərbaycan
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov

Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir. Bu hədiyyə 2017-ci il ərzində Rusiya rəsmiləri tərəfindən ABŞ-dan olan həmkarlarına edilən yeganə hədiyyə olub.

Dövlət Departamentinin hədiyyələrə dair hesabatına əsasən medalyonlardan ibarət dəst və şəkil 400 dollar dəyərində qiymətləndirilib. Sənəddə qeyd olunur ki, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin hədiyyədən imtina etməsi "hədiyyə verəni və Birləşmiş Ştatlar hökumətini pis vəziyyətə qoya bilərdi".

Xəbər lenti
0