14:44 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
87 0 0

Eniş zolağına girən it təyyarələrin enməsinə mane olub

BAKI, 8 mart — Sputnik. Atatürk Hava limanının uçuş-eniş zolağına it girdiyi üçün 3 təyyarə limana enə bilməyib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Dövlət Hava Meydanları Müəssisəsi qrupları iti uçuş-eniş zolağından uzaqlaşdırdıqdan sonra təyyarələrin enməsinə icazə verilib.

Məlumata görə, Atatürk Hava limanında saat 11.30-da 05-23 nömrəli uçuş-enmə zolağında Florya tərəfdən enişə keçən təyyarənin pilotu zolaqda it görüb. Dispetçerlərə xəbərdarlıq edən pilot enmə manevrini təxirə salıb. Eniş etməyən ikinci təyyarə Türk Hava Yollarına, üçüncü təyyarə isə Tunis Hava Yollarına aid olub. Təyyarələr havada bir neçə dəfə hərəkət etdikdən sonra problemsiz şəkildə enib.

İtin isə Yeşilköy hərbi hava limanından uçuş-enmə zolağına girdiyi müəyyən edilib.

Əsas mövzular