Gənc qız yuxuda elə bir hadisə ilə üzləşib ki...

© pixabay / Assekuranz24Tarakan
Tarakan - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər xəbərdarlıq edirlər: Belə halla üzləşən zaman insanlar özləri vəziyyətdən xilas olmağa cəhd etməyin

BAKI, 8 mart — Sputnik. Çində qəribə hadisə baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Nançam şəhərində 17 yaşlı qız bədbəxt hadisə ilə üzləşib.

Tarakan - Sputnik Azərbaycan
HADİSƏ
Evi həşəratlardan təmizləmək üçün vurulan dərman insanları öldürdü

Belə ki, qız yuxudan oyanan zaman qulağında narahatlıq hiss edib və həkimə müraciət edib. Həkimlər qızın qulağını müayinə edərkən, məlum olub ki, qulağında canlı tarakan var.

Həkimlər belə güman edirlər ki, qız yatan zaman tarakan onun qulağına qida tapmaq üçün daxil olub. Rəylərə görə, tək tarakanlar yox, hörmüçəklər və başqa həşəratlar da qida axtaran zaman insanın qulağına daxil ola bilir.

Mütəxəssislər hər kəsə xəbərdarlıq edirlər ki, belə halla üzləşən zaman insanlar özləri həşəratı qulaqdan çıxarmağa cəhd etməsinlər. Bu, həyatları üçün təhlükəli ola bilər.

Xəbər lenti
0