Valideynlərə xəbərdarlıq: Uşaqlarınızı ondan qoruyun

CC0 / sharpemtbr / ChildrenUşaqlar kompüter arxasında, arxiv şəkli
Uşaqlar kompüter arxasında, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu videolarda uşaqlardan bıçaq, çəkic kimi təhlükəli alətlərdən istifadə edərək özlərinə zərər verməsi istənilir

BAKI, 7 mart — Sputnik. İntihar oyunu hesab edilən "Mavi Balina"ya bənzər "Momo"nun yaradıcısı əsərini məhv etdiyini açqılayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu animasiya uşaqların çox izlədiyi Youtube videolarında da yer alıb.

Videonu izləyən azyaşlı uşaqlar dili başa düşməsələr belə animasiyalarda istifadə edilən cizgilərdə nə tələb edilyini başa düşə bilirlər.

Bu videolarda uşaqlardan bıçaq, çəkic kimi təhlükəli alətlərdən istifadə edərək özlərinə zərər verməsi istənilir. 43 yaşlı Yapon heykəltəraş öz yaratdığı heykəli məhv etdikdən sonra qeyd edib ki, "Momo öldü, artıq uşaqlar rahat yaşaya bilərlər". Mütəxəssislər qeyd edir ki, xüsusilə çox video yüklənən paylaşım saytlarında videolara heç kim nəzarət etmir. Bu videolar saytlarda uşaqlara istiqamətlənmiş kimi hazırlanıb, pul qazanmaq məqsədi daşıyır. Belə videolar uşaqlara kiçik yaşlarında travma yaşada bilər. Buna görə də valideynlər daha diqqətli olmalıdır.

Xəbər lenti
0