SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Venesuela lideri ABŞ-a mesaj göndərdi

© Sputnik / Alejandro Martines Veles / Mediabanka keçidVenesuela prezidenti Nikolas Maduroya dəstək mitinqi
Venesuela prezidenti Nikolas Maduroya dəstək mitinqi - Sputnik Azərbaycan
Abunə olmaq
"Heç kim və heç nə Respublikada sülhü poza bilməz"

 

BAKI, 7 mart — Sputnik. Venesueladakı sülhü heç kim və heç nə poza bilməz. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri ölkənin sabiq lideri Uqa Çavesin xatirəsinə həsr olunan tədbirdə çıxışı zamanı Venesuela lideri Nikolas Maduro bildirib.

"Uqo Çavesin ölümündən 6 il sonra mən deyə bilərəm ki, biz hazırda mübarizə aparırıq, biz son 200 ildə ən güclü imperializm aqressiyası, iqtisadi, siyasi və diplomatik aqressiya, ölkədə həyatı pozmaq cəhdləri ilə qarşılaşırıq. Lakin mən deyə bilərəm ki, heç kim və heç nə Respublikada sülhü poza bilməz", - deyə Maduro qeyd edib.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Yanvarın 26-sı Almaniya, Fransa, İspaniya, daha sonra Böyük Britaniya və Niderland 8 gün ərzində Venesuelada yeni seçkilər keçirilməcəyi təqdirdə Quaydonu müvəqqəti prezident kimi tanıyacaqlarına söz verib.

Fevralın 1-i Quaydo bəyan edib ki, Venesuelada hakimiyyət dəyişikliyi bu ölkənin ən böyük kreditorları olan Çin və Rusiyanın da xeyrindədir. Onun fikrincə Bolivar Respublikasının qanuni prezidenti Nikolas Maduro heç kimin maraqlarını qoruya bilmək iqtidarında deyil.

Xəbər lenti
0