19:36 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Ermənistanın Nazirlər Kabinetinin və Xarici İşlər Nazirliyinin binası

Ermənistan rəsmisi: "İsrailin Azərbaycana silah satmasını istəmirik"

© Sputnik / Asatur Yesayants
DÜNYA
Qısa URL
33 0 0

BAKI, 7 mart — Sputnik. "Ermənistan İsrailin Azərbaycana silah tədarükünü dayandırmasını istəyir, lakin erməni tərəfi bunu İsraillə münasibətləri yaxşılaşdırılması üçün şərt kimi irəli çıxarmır.

Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Qriqor Hovannisyan "The Jerusalem Post"a müsahibəsində deyib.

Hovannisyanın sözlərinə görə, Yerevan İsrailin ABŞ və bir çox Avropa ölkələri kimi nə Ermənistana, nə də Azərbaycana silah satmamasını istəyir: "Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli yoxdur. Azərbaycana silah tədarükü isə silahlanma yarışını təşviq edir. Ermənistanın dostları bilməlidirlər ki, Azərbaycana silah satışı adi işgüzar razılaşma çərçivəsindən kənara çıxır və ağır nəticələri olur. Biz elə də zəngin ölkə deyilik və hər dəfə Azərbaycan İsraildən silah alanda buna qarşılıq göstərmək üçün Ermənistan da ÜDM-nin əhəmiyyətli hissəsini bu sahəyə yönəltməyə məcbur oluruq".

O, eyni zamanda əlavə edib ki, Ermənistan İsraillə hərbi sahədə əməkdaşlıq imkanlarını da istisna etmir. Hovannisyan vurğulayıb ki, bu münasibətlərin yaxşılaşdırılması üçün ilkin şərt deyil: "Biz bilirik ki, bəzi üçüncü ölkələr də eyni şeyi edir".

Əsas mövzular