09:58 25 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Proton-m raketdaşıyıcısı

Qarşıdurma Yer kürəsini aşır – Böyük dövlətlər kosmosda üz-üzə gələcək

© Sputnik / Aleksey Filippov
DÜNYA
Qısa URL
47 0 0

V. Gerasimov bildirib ki, Pentaqon son zamanlar dəfələrlə hərbi məqsədlər üçün kosmosdan istifadə etməyi planlaşdırıb

BAKI, 5 mart — Sputnik. "ABŞ kosmosu hərbiləşdirmək üçün bəhanə formalaşdırır".

Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ABŞ-ın Kosmos Qüvvələri Komandanlığı adı altında qoşun növünü yaratmasına münasibət bildirərkən deyib.

V. Gerasimov bildirib ki, Pentaqon son zamanlar dəfələrlə hərbi məqsədlər üçün kosmosdan istifadə etməyi planlaşdırıb: "Bunun üçün yeni bir qoşun növü yaratdılar. Adı Kosmos Qüvvələri Komandanlığıdır. Ancaq əsas məqsədləri kosmosu hərbiləşdirməkdir".

Bundan başqa, Gerasimov Vaşinqtonun Rusiyanın sərhədlərinə yaxın yerlərdə hərbi mövcudluğunu genişləndirməyə davam etdiyini deyib.

"ABŞ-ın bütün bu hərəkətləri hərbi-siyasi gərginliyin yüksəlməsinə və Rusiyanın qarşılıqlı və asimmetrik tədbirlərlə cavab verməsini tələb edən yeni təhdidlərin ortaya çıxmasına səbəb ola bilər" – deyə ordu generalı bildirib.

Əsas mövzular