Göy üzündə İsa Məsihin silueti yarandı - FOTO

© AFP 2023 / MAURO PIMENTELRio de Janeyroda İsa Məsihin heykəli
Rio de Janeyroda İsa Məsihin heykəli - Sputnik Azərbaycan
Abunə olmaq
Fotoqraf jurnalistlərə bildirib ki, o adətən öz çəkdiyi şəkilləri sosial şəbəkədə paylaşmır

BAKI, 5 mart — Sputnik. İtaliyada göy üzündə günəş işığından yaranmış mənzərə italyanları qorxutmaqla yanaşı, eyni zamanda təəccübləndirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, göy üzündə işıqdan İsa Məsihin silueti yaranıb. Məlumata görə, qeyri adi foto yerli fotoqraf Alfredo Lo Brutto tərəfindən Aqropoli şəhərində çəkilib.

© dailymailİtaliyada göy üzündə günəş işığından yaranmış mənzərə
Göy üzündə İsa Məsihin silueti yarandı - FOTO - Sputnik Azərbaycan
İtaliyada göy üzündə günəş işığından yaranmış mənzərə

Fotoqraf jurnalistlərə bildirib ki, o adətən öz çəkdiyi şəkilləri sosial şəbəkədə paylaşmır. Ancaq bu dəfə o gözəl fotonu hamıya açıq şəkildə paylaşmağa qərar verib. Şahidlərin və Bruttonun sözlərinə görə, göy üzündə Rio-de-Janeyrodakı məşhur heykəldə təcəssüm edilmiş xilaskarı xatırladan nəhəng insan silueti yaranıb.

Xəbər lenti
0