20:01 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Pakistan Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Kəşmir səmasında

Pakistan və Hindistan arasında yeni gərginlik: Ağır silahlar işə düşdü

© REUTERS / Akhtar Soomro
DÜNYA
Qısa URL
86 0 0

İki ölkə sərhədində intensiv qarşıdurma 3 saatdan çox davam edib

BAKI, 4 mart — Sputnik. Pakistan və Hindistan əsgərləri Kəşmir nəzarət məntəqəsində ağır silahlarla bir-birilərinə atəş açıblar.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, iki ölkə sərhədində intensiv qarşıdurma 3 saatdan çox davam edib. Hindistan tərəfi açıqlama verərək onlardan ölən və ya yaralananın olmadığını bildirib.

Qeyd edək ki, Hindistan ilə Pakistan arasındakı son gərginlik Kəşmirin Hindistanın idarəsi altında olan hissəsində baş verən terror hücumu ilə başlayıb. Həmin terrorda 44 nəfər ölüb. Hücum ilə bağlı Hindistan Pakistanı ittiham edib. Pakistan isə bu ittihamları rədd edib.

Bundan sonra iki dövlətin aviasiyasının da iştirak etdiyi döyüş olub. İnsident nəticəsində hər iki tərəfin təyyarəsi vurulub, ölən və yaralananlar var.

Əlaqədar

Tramp: "Pakistan-Hindistan münaqişəsinin yaxın vaxtda başa çatacağına ümid edirəm"
Pakistan Moskvanın vasitəçiliyi ilə Hindistanla danışıqlara razılıq verib
Hindistan-Pakistan “müharibəsinin” səbəbkarı tapıldı
Hindistan və Pakistan arasında hava döyüşçü olub

Əsas mövzular