Keçmiş prezident Barak Obama boşanır

© AP Photo / Nam Y. HuhBarak Obama və həyat yoldaşı Mişel Obama
Barak Obama və həyat yoldaşı Mişel Obama - Sputnik Azərbaycan
Abunə olmaq
Obama danimarkalı qadınla söhbətləşib və ara-sıra onun çiyini sığallayıb

BAKI, 1 mart — Sputnik. Amerikanın The Nation nəşrində ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə həyat yoldaşı Mişelin ayrılacağı barədə məqalə işıq üzü görüb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, ayrılmaq üçün ilk addımı keçmiş birinci ledi atıb. O bildirib ki, ərinin davranışlarından yorulub. Misal üçün, o bir neçə il əvvəl Cənubi Afrika Respublikasının prezidenti Nelson Mandela ilə vidalaşma mərasimində Danimarkanın baş naziri Helle Torninq Şmitdlə flirt edib.

Barak Obama danimarkalı qadınla söhbətləşib və ara-sıra onun çiyini sığallayıb. Və bütün bunlar Mişelin gözü qarşısında baş verib.

Ağ Ev-də olan mənbənin məlumatına görə, Barak və Mişel nikahları ümumi uşaqlarına, siyasi arenada karyeralarına görə saxlayıb.

Xəbər lenti
0