10:23 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
ABŞ-ın dövlət katibi Mayk Pompeo

Böyük Britaniya "Hizbullah"ı terror təşkilatları siyahısına daxil edib

© AP Photo / Andrew Harnik
DÜNYA
Qısa URL
17 0 0

Britaniya daha əvvəl "Hizbullah"ın yalnız hərbi qanadını terror siyahısına almışdı

BAKI, 1 mart — Sputnik. Böyük Britaniyanın Daxili İşlər Nazirliyi (DİN) Livanın "Hizbullah" təşkilatının siyasi qanadını terror təşkilatları siyahısına daxil edib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo bu qərara münasibət bildirib.

Pompeo deyib ki, ABŞ Britaniyanın bu addımını alqışlayır: "Bu İran dəstəkli terror təşkilatının əlində Amerikanın qanı var. Onlar Orta Şərq, Avropa və dünyada hücumlar təşkil etməyə davam edirlər".

Qeyd edək ki, Britaniya DİN yazılı açıqlama verib. Açıqlamada Livandakı "Hizbullah" ilə yanaşı, Afrikada fəaliyyət göstərən "Anasır el-islam" və "JNIM" təşkilatları da terror siyahısına salınıb. Britaniya daha əvvəl "Hizbullah"ın yalnız hərbi qanadını terror siyahısına almışdı.

Əsas mövzular